İngiltərə premyerliqasının 20-ci turunda “Mançester Yunayted” autsayder “Şeffild Yunayted”i qəbul edib.

Görüşə gözlənildiyi kimi meydan sahibləri daha yaxşı başlasalar da, hesabı qonaqlar açıblar. İlk hissədə Kin Brayan fərqlənib. İkinci yarıda hücumlarını gücləndirən “Mançetser Yuanyted” tarazlığı bərpa edib. Harri Maquayr komandasını ümidlənirib. Amma “Şeffild Yunayted” azsaylı hücumlarından maksimum istifadə edib. 74-cü dəqiqədə Oliver Berk sonuncu qolunun müəllifi olub.  2-1 hesabı ilə qalib gəlməsinə baxmayaraq “Şeffild Yunayted” autsayder olaraq qalır. 40 xalı olan “Mançester Yunayted” isə ikinci pillədə qərarlaşıb. Yarış cədvəlinə 41 xalla “Mançester Siti” başçılıq edir.

“Everton” – “Lester” matçında 2 qol vurulsa da qalib müəyyənləşməyib. Meydan sahiblərindən Xames Rodriqesin qoluna, qonaqlardan Yuri Tilemans cavab verib. Heç-heçədən sonra “Lester” 39 xalla 3-cü pillədə qərarlaşıb. “Everton” isə 33 xalla 7-cidir.